| BTC Ko.
şirkəti BTC boru kəməri marşrutu boyunca İctimai Sərmayə Proqramını
(İSP) həyata keçirir. İSP-nın məqsədi hər üç ölkədən keçən boru
kəməri marşrutunun yaxınlığında yerləşən yaşayış məntəqələrində boru
kəmərinin mənfi təsirlərinin azaldılmasından əlavə uzunmüddətli
faydaların təmin edilməsindən ibarətdir. |
|
BTC Ko.
şirkəti biomüxtəlifliyin inkişaf etdirilməsi və qorunmasına yönəlmiş
layihələri dəstəkləməklə BTC boru kəmərinin ekoloji təsirlərinin
azaldılmasından əlavə digər faydaların da təmin edilməsi məqsədilə
Azərbaycan, Gürcüstan və Türkiyə üçün Ekoloji Sərmayə Proqramlarını
işləyib hazırlamışdır. |