İctimai Sərmayə Proqramı, Azərbaycan
BTC Co. Şirkətinin Azərbaycan üzrə İSP proqramının ümumi məqsədi:

“BTC boru kəmərinin Azərbaycan ərazisindən keçən marşrutu boyunca yaşayan icmaların dayanıqlı sosial və iqtisadi inkişafını təşviq etməkdir”


ciphomemap

Proqramın məqsədi dayanıqlı olan və Boru kəmərinin təsirinə məruz qalan bölgələri uzunmüddətli faydalarla təmin edən layihələri dəstəkləməkdən ibarətdir.
  • Proqram nəzərdə tutulan boru kəmərinin bütün marşrutu boyunca 4 km-lik dəhliz (boru kəmərinin hər tərəfindən 2 km) daxilində həyata keçiriləcək.
  • İSP, boru kəməri tikintisinin birbaşa təsirlərinin yumşaldılması çərçivəsindən kənara çıxacaq.
 

Biz Kimik

Bakı-Tbilisi-Ceyhan Xam Neft Boru Kəməri Şirkəti BTC Boru Kəməri Layihəsini inşa edir. Xahiş olunur ki, daha ətraflı məlumat əldə etmək üçün bu düyməni basasınız.
 

Gördüyümüz İşlər

İSP Azərbaycan, Gürcüstan və Türkiyə üçün nəzərdə tutulmuş 25 milyon ABŞ dolları məbləğində vəsaitlə hər üç ölkədə həyata keçirilməkdədir. Azərbaycan İSP çərçivəsində 8 milyon ABŞ dolları alır.

BTC Azərbaycan şirkətinin İctimai Sərmayə Proqramının məqsədi boru kəməri marşrutu boyunca məskunlaşmış icmalarda davamlı sosial və iqtisadi inkişafı stimullaşdırmaqdır.

Cari maliyyələşdirmə boru kəmərinin tikinti mərhələsi üçün nəzərdə tutulmuşdur və boru kəmərinin istismar mərhələsi ərzində maliyyələşdirmə vəsaitlərinin təmin olunması üçün də planlar vardır. Xahiş olunur ki, daha ətraflı məlumat əldə etmək üçün bu düyməni basasınız