|
bazar ertəsi, 02 aprel 2007 |
 Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti Bakı-Tbilisi-Ceyhan
Xam Neft Boru Kəməri (BTC Boru Kəməri) layihəsini həyata keçirməyə razılıq
vermişlər. BTC Ko şirkəti BP (Əməliyyatçı), ARDNŞ (Azərbaycan), TPAO (Türkiyə),
Statoyl (Norveç), Yunokal (ABŞ), İtoçu (Yaponiya), Amerada Hess (ABŞ), Eni
(İtaliya), TOTAL (Fransa), İNPEX (Yaponiya) və Konoko Filips (ABŞ)
şirkətlərindən ibarətdir. Bu xüsusi xam neft boru kəməri sistemi Xəzər xam
neftini Azərbaycandan Türkiyənin beynəlxalq bazarlara dənizlə çıxışı olan Ceyhan
terminalına nəql edəcək. BTC boru kəmərinin Azərbaycanın ərazisində yerləşən
hissəsi (443 km) Bakı şəhərinin yaxınlığındakı Səngəçal terminalından başlanır
və Ağstafa rayonunda Böyük Kəsik qəsəbəsinin yaxınlığında Gürcüstan sərhədini
kəsib keçir. Boru kəməri Ağstafa rayonuna çatana qədər Azərbaycan ərazisinin
hüdudları daxilində Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş,
Yevlax, Goranboy, Samux, Şəmkir və Tovuz rayonlarından keçir.
|
|
Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 )
|