İctimai Sərmayə Proqramı, Azərbaycan
Saytın Şərt Və Müddəaları PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
çərşənbə axşamı, 27 mart 2007
Aşağıdakı Şərt və Müddəalar (“Şərtlər”) əsasında bu İnternet səhifəsinə girişi və ondan istifadəni təmin edən BTC Co. (“Səhifənin sahibi”) tərəfindən təchiz olunan və rəhbərlik edilən İnternet səhifəsinə daxil olduğunuza görə minnətdarlığımızı bildiririk.

1. Bu Şərtlərin qəbul edilməsi:
Sizin İnternet səhifəmizdən istifadə etməniz bu sənəddəki bütün şərt və müddәalara razılıq verməyiniz kimi başa düşülür. Bu sənədin şərtləri ilə tam və ya qismən razılaşmırsınızsa, bu səhifədən istifadəni dərhal dayandırmalısınız.

2. Şərtlərə edilən dəyişikliklər :
Səhifənin sahibi bu Şərtlərin bəndlərini dәyişmәk, onlara əlavələr etmək və ya həmin bəndləri çıxartmaq hüququnu saxlayır və belə dəyişiklikləri bu İnternet səhifədə yerləşdirir. Buna görə, hazırkı Şərtlərdən xəbərdar olmağınız üçün İnternet səhifəsinin sahibinin saytına müntəzəm olaraq baş çəkməyiniz məsləhət görülür.

3. Müəllif hüquqları:
İnternet səhifənin bütün layihəsi, adları, şəkilləri, ticarət nişanı və sxemi həmin İnternet səhifəsinin sahibinə məxsusdur və ya lisenziya əsasında ona verilmişdir və ya tətbiq edilə bilən hüquq əsasında icazə verildiyi kimi İnternet səhifəsinin sahibi tərəfindən istifadə olunur. Bu sənəddəki heç bir müddəa hər hansı belə məsələlərdə sizə, ehtimal oluna bildiyi kimi və ya başqa qaydada, hər hansı lisenziya və hüququn verilməsi kimi şərh edilmir. İnternet səhifəsinin sahibinin saytından istifadə etməklə siz onun əvvəlcədən yazılı razılığı olmadan və ya 1988-ci il Müəllif Hüququ, Layihə və Patent Aktına uyğun olaraq, İnternet səhifəsinin sahibinin saytının hər hansı bir hissəsinin surətini çıxara, hər hansı vasitə ilə (o cümlədən, öz kompüterinizdə internet səhifələrin qısa müddətə keş yaddaşda əks etdirilməsi istisna olmaqla, hər hansı digər internet səhifədə) saxlamamağa, yaymamağa, ötürməməyə, təkrar ötürməməyə, yayımlamamağa, dəyişməməyə və ya ictimaiyyətə açıqlamamağa razılıq verirsiniz. Şəxsi qeyri-kommersiya məqsədilə evdə istifadə halları istisna olmaqla, İnternet səhifəsinin sahibinin saytında verilmiş materialın istənilən yolla surəti çıxarılmamalı, belə material təkrar çap edilməməli, yüklənməməli, poçtla göndərilməməli, yayımlanmamalı və ya ötürülməməlidir. Hər hansı digər istifadə üçün İnternet səhifəsinin sahibinin əvvəlcədən yazılı razılığı tələb olunur. İnternet səhifəsinin sahibinin saytından istifadə etdikdə siz həmin saytdakı istənilən materialı dəyişməməyə, belə materialda dəyişiklik etməməyə, onun surətini çıxartmamağa, yenidən tərtib etməməyə, ayrı-ayrı hissələrə ayırmamağa, onun əsasında başqa sənəd işləyib hazırlamamağa və ya nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə etməməyə razılıq verirsiniz.

4. Qanuni istifadə:
Siz internet səhifədən yalnız qanuni məqsədlərlə və hər hansı üçüncü tərəfin həmin səhifədən istifadə və faydalanmaq hüququnu pozmayan, belə hüquqları məhdudlaşdırmayan və ya həmin hüquqların istifadəsinə mane olmayan qaydada istifadə edə bilərsiniz. Belə məhdudiyyət və ya maneçiliyə qeyri-qanuni və ya hər hansı şəxsi narahat edə bilən və ya onun hәyәcanına və narahatlığına və ya bu internet səhifə daxilində nalayiq və ya təhqiredici materialın ötürülməsinə səbəb ola bilən davranış daxildir, lakin bunlarla məhdudlaşmır.

5. Zəmanətin verilməməsi:
İnternet səhifəsinin sahibi bu saytı və onun içindəkiləri qənaətbəxş keyfiyyət ilə əlaqədar ehtimal olunan zəmanət, müvafiq məqsədə uyğunluq, hüquqların pozulmaması, uyğunluq, təhlükəsizlik və dəqiqlik daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, açıq-aşkar olduğuna və ya ehtimal edildiyinə baxmayaraq, hər hansı bəyanat və ya zəmanət vermədən və ya heç nəyi təsdiq etmədən “olduğu kimi” və “mümkün olduğu kimi” təqdim edir. Heç bir halda İnternet səhifəsinin sahibi dolayı və ya bilvasitә və ya internet səhifəmizin istifadəsi ilə bağlı və ya istifadəsinin nəticəsində və ya internet səhifədən istifadə və ya istifadə edə bilməmə ilə əlaqədar olaraq və ya bunların nəticəsində müqavilənin icrası, etinasızlıq və ya qeyri-səmimi fəaliyyət zamanı baş verib-verməməsindən asılı olmayaraq, istifadə hüququnuzun, məlumatlarınızın və ya mənfəətlərinizin itkisi ilə əlaqədar dəyən zərərlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan hər hansı zərərə görə məsuliyyət daşımır. İnternet səhifəsinin sahibinin bu saytın standartının yüksəkdə qalmasını təmin etməyə çalışacağına baxmayaraq, biz səhifənin maneəsiz və səhvsiz işləyəcəyinə, çatışmamazlıqların aradan qaldırılacağına, bu səhifənin və ya onun istifadəsini təmin edən serverin virus və ya ciddi nasazlıqlarsız olacağına və informasiyanın tam funksionallığını, dəqiqliyini, etibarlılığını təmin edəcəyinə zəmanət vermirik.

6. Yerli hüquq və normalar:
İnternet səhifə hər hansı səbəbdən onun və içindəkilərinin qadağan edildiyi hər hansı yurisdiksiyaya sahib olan şəxs tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır. İnternet səhifəsinin sahibi internet səhifənin və ya onun içindəkilərin istifadə üçün yararlılığına və ya bütün yurisdiksiyalarda yerli qanunlarla icazə verildiyinə təminat vermir. İnternet səhifəyə daxil olanlar bunu öz təşəbbüsləri ilə edir və yerli qanunlara və ya normalara əməl etmək üçün məsuliyyət daşıyırlar; şübhə doğuran hallarda səriştəli hüquqşünasdan məsləhət almaq tövsiyə olunur.

7. Məsuliyyətdən azad etmə:
Siz İnternet səhifəsinin sahibini, onun əməkdaşlarını, nümayəndələrini və agentlərini hər hansı üçüncü tərəfin İnternet səhifəsinin sahibi, onun əməkdaşları, nümayəndələri və ya agentlərindən hər hansı birinə qarşı qaldırılan hər hansı iddia, hüquqi tədbirlər, tələbatlar və ya hüquqi proseslər ilə əlaqədar məsuliyyətdən azad etməyə, onları belə iddia, hüquqi tədbirlər, tələbatlar və ya hüquqi proseslərə qarşı müdafiə etməyə və onlardan zərərsiz saxlamağa razılıq verirsiniz, bu şərtlə ki, İnternet səhifəsinin sahibi, onun əməkdaşları, nümayəndələri və ya agentlərinə qarşı qaldırılmış belə iddia, hüquqi proses və ya tədbir aşağıdakılara əsaslansın və ya onlarla əlaqədar olaraq meydana çıxsın:
  1. sizin internet səhifəsindən istifadəniz
  2. bu müddәa və şərtlərdən hər hansı birini pozmağınız
  3. internet səhifənin tәrәfinizdәn istifadəsinin
    1. hər hansı üçüncü tərəfin əqli mülkiyyət üzərindəki hüquqlarını pozması
    2. və ya hər hansı şəxsiyyət və ya təbliğat hüququnu pozması
    3. və ya böhtan və ya ləkələyici xarakter daşıması və ya hər hansı üçüncü tərəfin
    xəsarət alması və ya zədələnməsi ilə nәticәlәnmәsi barədə iddia qaldırılması
  4. internet səhifəsindən hər hansı məlumatı çıxartmağınız, ora məlumat əlavə etməyiniz, oradakı məlumatı dəyişməyiniz və ya ondan icazəsiz istifadə etməyiniz; və ya
  5. hər hansı düzgün məlumat verməməyiniz və ya bu sənəddəki məlumatla əlaqədar verdiyiniz zəmanət və ya təminat öhdəliyini pozmağınız.
Şərtlərin bu bölməsində internet səhifənin tərəfinizdən istifadəsinə olan istinadlara kompüterinizdən istifadə etməklə həmin internet səhifəyə daxil olan üçüncü tərəfin həmin internet səhifədən istifadəsi daxildir. Siz üçüncü tərəfin hər hansı belə iddiası, məhkəmə işi, gördüyü hüquqi tədbir və ya üçüncü tərəfin hər hansı belə iddiasına şamil oluna bilən hüquqi proses nəticəsində və ya onlarla əlaqədar olaraq İnternet səhifəsinin sahibi, onun əməkdaşları, nümayəndələri və agentlərindən tələb oluna bilən və ya onların çəkdikləri hər hansı və bütün xərcləri, zərərləri və məsrəfləri (o cümlədən, əsaslandırılmış hüquqi haqları) İnternet səhifəsinin sahibinə, onun əməkdaşlarına, nümayəndələrinə və agentlərinə ödəməyə razılıq verirsiniz. 8. Hüquqlardan imtina:
İnternet səhifəsinin sahibinin bu şərtlər əsasında əmələ gələn öhdəliklərdən hər hansı birini pozmaqdan imtina etməsi hər hansı digər öhdəliyin pozulması halını təşkil etmir və İnternet səhifəsinin sahibinin hər hansı hüquqi müdafiə vasitəsini tam və ya qismən icra etməməsi bu və ya hər hansı digər hüquqi müdafiə vasitəsinin icrası hüququndan imtina halını əmələ gətirmir.

9. Ziddiyyətlərin olmaması:
Əgər xüsusi material ilə əlaqədar bu saytda təsvir edilmiş bu Şərtlər ilə hər hansı digər və/yaxud xüsusi istifadə şərtləri arasında hər hansı ziddiyyət olarsa, sonrakı üstünlük təşkil edir. Bu Şərt və Müddəaların qüvvəyə minməsi nəzərdə tutulmuş hər hansı ölkə və ya dövlətin hüquqları ilə əlaqədar olaraq Şərt və Müddəalardan hər hansı birinin qüvvədən düşməsi, hüquqi qüvvəsini itirməsi və ya icra oluna bilməməsi müəyyənləşdirilərsə, onlar bu Şərt və Müddəalardan ayrılır və çıxarılır və yerdə qalan Şərt və Müddəalar hüquqi qüvvəsini davam etdirir, tam qüvvədə qalır, məcburi və icra oluna bilən formada qalmaqda davam edir.

10. Şərt və Müddəaları idarə edən hüquq və yurisdiksiya:
Bu Şərt və Müddəalar İngiltərə və Uelsin qanunlarına uyğun olaraq idarə və şərh olunur. İngiltərə və Uels məhkəmələri bu internet səhifənin istifadəsi nəticəsində və ya istifadəsi ilə əlaqədar olaraq meydana çıxan istənilən mübahisәlәri həll etmək üçün müstəsna yurisdiksiyaya malikdir.

 
Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 )