İctimai Sərmayə Proqramı, Azərbaycan
İçməli su təchizatının yaxşılaşdırılması PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
News - Latest News
bazar ertəsi, 12 iyun 2006
2005-ci ilin iyul və sentyabr ayları ərzində yerli “Ümid” təşkilatı BTC/CQBK boyunca mәskunlaşmış icmaların içməli su təchizatı ilə bağlı üzləşdiyi problemləri müəyyənləşdirmək məqsədi ilə müvafiq qiymətləndirmə həyata keçirmişdir. Bu qiymətləndirmə çərçivəsində aydın olmuşdur ki, boru kəmərinin şərq hissəsində yaşayan 50 icmadan 23-ü içməli su sarıdan daha ağır çətinliklərlə üzləşməli olur. Eyni zamanda, sözügedən qiymətləndirmə prosesi zamanı icmalar üçün həyat əhəmiyyətli tələbatlardan biri olan təmiz suyu təmin etmək məqsədi ilə sadə texnologiyanın hazırlanması məsələsi də nəzərdən keçirilmişdir.

Qiymətləndirmə işləri tamamlandıqdan sonra BTC/CQBK boyunca 6 icmada təmizləyici qurğunun quraşdırılması üçün “Ümid” təşkilatı ilə qrant müqaviləsi imzalanmışdır.

Sözügedən qurğuları hazırlayaraq istismar etmək üçün yerli icmaya kömək edəcək təlimlərdən əlavə, İSP qrupu “Ümid” təşkilatından xahiş etmişdir ki, o, məhdud mәsuliyyәtli cəmiyyətlərin (MMC) yaradılması məqsədi ilə yerli icmalara yardım etsin. Bu MMC-lərə icma üzvləri sahiblik edəcək və onlar təmizlənmiş su üçün ödəniş alacaqlar. Bu ödənişlər sayəsində təmin ediləcək gəlirlər isə aşağıdakı məqsədlər üçün istifadə olunacaq:
-mütəmadi testlər keçirməklə suyun keyfiyyətli olmasını təmin etmək; qurğuları istismar etmək üçün ştatda olacaq 2-3 nəfər işçiyə aylıq məvacib vermək; ehtiyat hissələri və obyektlərin texniki təmir işləri üçün fond yaratmaq.
Bu gəlirlərin xərclənməmiş hissəsi isə gələcək ictimai inkişaf layihələrində istifadə edilmək üçün kəndlərin maliyyə vəsaitlərinə əlavə olunacaq.
Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 )