İctimai Sərmayə Proqramı, Azərbaycan
Ekoloji Məlumatlılıq Və Yaxşılaşdırma Proqramı (EMYP) PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
News - Latest News
cümə, 24 iyun 2005
hayatEkoloji Məlumatlılıq və Yaxşılaşdırma Proqramının (EMYP) tərtib olunmasında məqsəd gəncləri və BTC/Cənubi Qafqaz boru kəmərinin təsirinə məruz qalmış 106 icmanın (BKTMİ) nümayəndələrini təbii ətraf mühit haqqında daha geniş şəkildə məlumatlandırmaq, o cümlədən yaşayış tərzinin və ətraf mühitin yaxşılaşdırılması üçün icmaların imkanlarından istifadə etməklə müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə onları müvafiq bir proqram ətrafında toplamaqdır.
Ekoloji Məlumatlılıq və Yaxşılaşdırma Proqramı “Həyat” milli qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilir. Bu proqram çərçivəsində əməkdaşlıq edən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi, habelə gənclərdən ibarət yerli QHT-lər həm də koordinasiya funksiyasını yerinə yetirirlər. BTC/CQBK layihə qrupunun ayırdığı qrantın məbləği 636.709 ABŞ dollarıdır. İcmalardan toplanacaq maddi vəsaitin həcmi isə 75.000 ABŞ dolları təşkil edəcəkdir. Bu məbləğ əmək fəaliyyəti, material, nağd pul və digər formalarda ola bilər.

EMYP iki əsas komponentdən ibarətdir: ətraf mühit haqqında məlumatlılıq proqramları və icmaların şəxsi vəsaiti hesabına hazırlanacaq ekoloji mikrolayihələr. Ətraf mühit haqqında məlumatlılıq proqramları boru kəməri marşrutu boyu yaşayan hər bir icmanın nümayəndələri və orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur. Praktiki təcrübə vasitəsilə məktəb şagirdlərinin ətraf mühit haqqında məlumatlı olmalarını təmin etmək məqsədilə onlar toxum səpilməsi, becərmə və ağac əkilməsi üzrə kompleks məşğələ proqramında iştirak edəcəklər. Bu məşğələ və ağacların daimi monitorinq edilməsi hətta proqram başa çatdıqdan sonra belə şagirdlərin daimi maraq dairəsinə çevriləcək və onları ətraf mühitin qorunmasında fəal iştirak etməyə sövq edəcəkdir.

Proqramın ikinci komponenti çərçivəsində icmaların bir qismini səfərbər etmək məqsədilə orta miqyaslı layihələrdən (OML) istifadə ediləcək. BKTMİ-lar yaranan ehtiyacı ödəyən və ya ətraf mühit və icma ilə əlaqədar konkret problemin törətdiyi təsirlərin yumşaldılmasını nəzərdə tutan ekoloji təkliflər verəcək. Nəzərdən keçiriləcək təkliflər arasından müəyyən edilmiş meyarlara cavab verənləri seçiləcək və həyata keçirilmək üçün maliyyәlәşdirilәcәkdir. Maliyyə vəsaiti alan icmalar təklif etdikləri tədbirləri özləri hazırlayaraq həyata keçirəcəklər. Dəyəri 7.500 ABŞ dollarından 12.500 ABŞ dolları arasında dəyişən ümumilikdə 30 layihənin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr nəticəsində icma tərəfindən dəstəklənən və ətraf mühit baxımından münasib olan davamlı tədbirlər keçirilәcәkdir ki, bu tədbirlər də təbii ətraf mühiti zәnginlәşdirәcәk və insanların həyat tərzini yaxşılaşdıracaqdır.
Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 )