| Xüsusi qüsurları olan uşaqlar yenicə həyata keçirilən təhsil proqramları vasitəsilə bütün potensialından yararlana bilər |
|
|
|
| News - Latest News | |
| bazar günü, 12 iyun 2005 | |
|
Yevlax, May 2005-ci il – Qüsurlu uşaqlar üçün əhatəli təhsil
üzrə yenicə həyata keçirilən proqramdan yararlanacaq poliomielit xəstəliyi olan
üç yaşlı Əlinin atası Əmir Şükürov demişdir: “Bu proqram övladımın tam
potensialından istifadə etmək üçün yeganə fürsətdir”.
Kənd yerlərində əhatəli təhsil xidmətinə olan danılmaz tələbatın yerinə yetirilməsi məqsədilə Beynəlxalq Tibb Korpusu (IMC) BTC/Cənubi Qafqaz boru kəmərinin tərəfdaşları və Açıq Cəmiyyət İnstitutu (ACİ) tərəfindən maliyyələşdirilən “Kənd yerlərində Əhatəli Təhsil Proqramı” (KƏTP Proqramı) adlı layihənin həyata keçirilməsinə başlayıb. IMC-in heyəti ilə bu layihə üzrə birgə çalışan “Təhsildə Yeniliklər Mərkəzi” adlı yerli QHT-nin eksperti Aynur Əhmədova bildirmişdir ki, “Azərbaycanda qüsurlu uşaqlara bir çox hallarda laqeyd münasibət göstərilir. Kənd yerlərində isə, bu uşaqlar normal həyat sürmür. Onlar bütün vaxtını evdə keçirir, heç bir təhsil imkanlarına malik deyillər və bu səbəbdən, özlərinin potensialından tam şəkildə istifadəyə nail ola bilmirlər”. “Kənd yerlərində Əhatəli Təhsil Proqramı” Azərbaycanın Yevlax rayonunda üç əsas uşaq bağçasında və üç əsas orta məktəbdə xüsusi qüsurları olan 24 uşağı siniflərə yığacaq. Proqramın başlıca komponenti qüsurları uşaqlarla bağlı bilgilərin yayılması və onlarla bağlı qeyri-düzgün yanaşmanın azaldılmasından ibarət olacaqdır. Keçmiş təcrübə onu göstərir ki, qüsurları olan uşaqlar öz həmyaşıdları ilə müqayisədə daha çox sosial təcridə məhkum olunur və cəmiyyətə qovuşmaqda çətinliklərlə üzləşirlər. Aynur Əhmədova bildirir ki, “belə bir vəziyyət adətən fiziki və ya əqli qüsurları olanlara bir çox hallarda vurulan damğanın və onların qüsurları haqda həmin uşaqların həmyaşıdlarında düzgün anlayışın olmamasının bir nəticəsidir.” Bu məsələlərin öhdəsindən gəlmək üçün Kənd yerlərində Əhatəli Təhsil Proqramı çərçivəsində valideyn və müəllimlər üçün xüsusi təlim kursları təşkil olunacaqdır. Bu təlim kursları qüsurlu uşaqların cəmiyyətlə əlaqələrinin və həyatlarının ümumi tərzinin asanlaşdırılması məqsədilə valideyn və müəllimlər tərəfindən istifadə olunan üsullar arasındakı uzlaşmanın öyrənilməsinə yönəldiləcəkdir. Kənd yerlərində Əhatəli Təhsil Proqramın əsas məqsədi qüsuru olan uşaqların cəmiyyətə qovuşmasından və onlar özlərinin potensialından tam şәkildә istifadə etmək imkanına malik olmaları üçün səlahiyyətli, etibarlı və çevik dəstək sisteminin təmin olunmasından ibarət olacaq. Yevlax məktəblərinin birində müəllimlər üçün proqramın təqdimatı zamanı “Beynəlxalq Tibb Korpusunun” regional direktoru Adam Sirois demişdir: “Bu gün, əvvəlkindən daha qəti surətdə, biz çalışmalıyıq ki, qüsurlu uşaqlara onların nadir qabiliyyətlərini tam həcmdə açan və sonrakı uğurlu və səmərəli həyat sürmək üçün onlara vasitələr yaradan təhsilə imkan açmalıyıq. “Beynəlxalq Tibb Korpusu” qüsurları olan uşaqlara tam özünü idarə etməkdə onlara yardımçı olacaq qayğının göstərilməsi və xüsusi təlim kurslarının təşkil olunması məqsədilə Kənd yerlərində Əhatəli Təhsil Proqramını tərtib etmişdir”. |
|
| Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 ) | |