İctimai Sərmayə Proqramı, Azərbaycan
GÖRDÜYÜMÜZ İŞLƏR PDF formatında variant Çapdan çıxartmaq E-mailə yollamaq
çərşənbə axşamı, 27 mart 2007
Nə üçün İSP? 
BTC Ko şirkətinin korporativ siyasətində qeyd olunur ki, şirkət bizim biznesimizin təsirlərinə məruz qalan insanlar və icmaların həyat şəraitinin yaxşılaşdırılması üçün iqtisadi mənfəətlər və imkanlar yaradacaq. Bu məqsədə nail olmaq üçün biz BTC Boru Kəməri marşrutu boyunca İctimai Sərmayə Proqramı (İSP) həyata keçiririk. İSP-da tikinti işləri və boru kəmərinin uzunmüddətli istismarı ilə bağlı hər hansı mənfi təsirin azaldılmasından daha irəli gedir. Bu proqramın məqsədi BTC Ko şirkətinin fəaliyyət göstərdiyi ərazilərə müsbət təsir etmək, layihə çərçivəsində maliyyələşdirmə müddətindən sonra davamlılığa şərait yaratmaqdır. Bundan başqa bu proqram hesab edir ki, layihələr kəndlilər, icma rəhbərləri, QHT-lərı, yerli və regional hakimiyyət orqanları, özəl şirkətlər və digər üçüncü tərəf donorlarla birlikdə həyata keçirilən sərmayə layihələri olmalıdır.

İSP Nədir? 
İSP Azərbaycan, Gürcüstan və Türkiyə üçün nəzərdə tutulmuş 25 milyon ABŞ dolları məbləğində vəsaitlə hər üç ölkədə həyata keçirilməkdədir. Azərbaycan İSP çərçivəsində 8 milyon ABŞ dolları alır.

BTC Azərbaycan şirkətinin İctimai Sərmayə Proqramının məqsədi boru kəməri marşrutu boyunca məskunlaşmış icmalarda davamlı sosial və iqtisadi inkişafı stimullaşdırmaqdır.

Cari maliyyələşdirmə boru kəmərinin tikinti mərhələsi üçün nəzərdə tutulmuşdur və boru kəmərinin istismar mərhələsi ərzində maliyyələşdirmə vəsaitlərinin təmin olunması üçün də planlar vardır.

İSP harada həyata keçirilir və hansı işləri əhatə edir? 
İSP çərçivəsində işlərin çoxu boru kəməri marşrutunun hər iki tərəfində 2 km enində “dəhlizdə” həyata keçirilir. Proqram çərçivəsi icma üzvləri, yerli və mərkəzi hökumət və qeyri-hökumət təşkilatları ilə aparılmış geniş müzakirələrə əsaslanır. Proqramda əsas diqqət aşağıdakı sahələrə yetirilir:
  • Mikrokreditlər vasitəsilə gəlirlərin yaradılması,
  • Kənd təsərrüfatının inkişaf etdirilməsi,
  • Sosial infrastruktur,
  • Sağlamlıq haqqında məlumatlılıq
  • İSP-nın prinsipləri nədən ibarətdir? 
Biz İSP- ni hər üç ölkə üçün ümumi hesab olunan prinsiplər əsasında tərtib etmişik və həmin prinsiplər aşağıdakılardır:

İcmanın ehtiyacları əsasında: İSP icmalar və digər maraqlı tərəflərlə məsləhətləşmələr əsasında tərtib olunmuşdur.
Təsir: İSP boru kəməri marşrutu boyunca məskunlaşmış icmalar üçün sosial, iqtisadi və/və ya ekoloji mənfəətlər təmin edir.
Davamlılıq: İSP davamlı mənfəətlər gətirmək üçün nəzərdə tutulmuşdur.
Şəffaflıq: İSP çərçivəsində görülən işlər daxili və kənar yoxlamalar üçün açıqdır.
Təkrarlanmanın qarşısının alınması: İSP-nın məqsədi boru kəməri boyunca digər təşkilatların, beynəlxalq və yerli agentliklərin və ya hökumət idarələrinin yerinə yetirdiyi işlərin təkrarlanmasına yol verməməkdir.
Yerli icmaların layihələrdə iştirakı: İSP layihələrinin məqsədi yerli icmaların iştirakı və yardımına imkan yaratmaqdır.
Layihələrin yerli təşkilatlar tərəfindən həyata keçirilməsi: İSP layihələrin yerli təşkilatlar tərəfindən həyata keçirilməsinə imkan yaradır.
Tərəfdaşlıqlar: İSP icraçı tərəfdaşlar və çoxlu sayda digər təşkilatlar arasında tərəfdaşlıqların inkişafını alqışlayır.
Monitorinq və qiymətləndirilmə: İSP işlərinin müəyyənləşdirilmiş məqsədləri var və bu işlərin mütəmadi monitorinqi aparılır.
Ən yaxşı təcrübə: İSP ən yaxşı beynəlxalq təcrübədən istifadə etməyi qarşısına məqsəd qoymuşdur.
Xərclər və idarəetmə: İSP işlərinin məqsədi pul üçün dəyər təmin etməkdir.
İstifadə olunan/əlavə fondlar: İSP - nın məqsədi layihə sahəsinə əlavə kənar fondların axınına imkan yaratmaqdır.

İSP işlərini kim idarə edir? 
İSP işləri inkişafla bağlı işlər sahəsində təcrübəyə malik səriştəli təşkilatlar tərəfindən idarə olunur. Bizim məqsədimiz yerli təşkilatlara öz təcrübə və qabiliyyətlərini artırmağa kömək etməkdir ki, onlar zaman keçdikcə sosial-iqtisadi inkişaf layihələrinin planlaşdırılması və icra olunmasında daha böyük rol oynaya bilsinlər. Siz İSP-nı həyata keçirən təşkilatlar haqqında daha ətraflı məlumatları hər bir ölkəyə aid bölmələrdən əldə edə bilərsiniz.
Axırıncı təzələmə ( çərşənbə, 06 iyun 2007 )